​"Brent" markalı neftin qiyməti 40 dollardan aşağı düşüb

​"Brent" markalı neftin qiyməti 40 dollardan aşağı düşüb WTI markalı xam neftin qiyməti isə 37,2 dollar/barelə enib
Energetika
15 Mart , 2016 09:16
​Brent markalı neftin qiyməti 40 dollardan aşağı düşüb

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,32 dollar yaxud 3,43% ucuzlaşaraq 37,18 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,80 dollar və ya 1,98% ucuzlaşaraq 39,53 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 42 dollar/barel olacağı gözlənilir.