“Brent” markalı neftin qiyməti ən yüksək səviyyəyə çatıb

“Brent” markalı neftin qiyməti ən yüksək səviyyəyə çatıb Dünya bazarlarında “Brent” markalı neftin qiyməti 1%-dən daha artıq bahalaşıb və 2018-ci ilin noyabrında qeydə alınmış 79 ABŞ dolları səviyyəsini ötüb.
Energetika
27 Sentyabr , 2021 12:28
“Brent” markalı neftin qiyməti ən yüksək səviyyəyə çatıb

Dünya bazarlarında “Brent” markalı neftin qiyməti 1%-dən daha artıq bahalaşıb və 2018-ci ilin noyabrında qeydə alınmış 79 ABŞ dolları səviyyəsini ötüb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08.52-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 1,14% bahalaşaraq, 1 bareli 78,11 ABŞ dollarına satılıb. “Brent” neftinin noyabr fyuçerslərinin qiyməti isə 1,2% artıb və 1 bareli 79,03 ABŞ dolları təşkil edib. Gün ərzində qiymət 79,52 ABŞ dollarına çatıb.

WTI neftinin noyabr fyuçerslərinin qiyməti 1,23% bahalaşaraq, 1 bareli 74,89 ABŞ dolları təşkil edib.

Qiymət artımı dünyada xammala olan tələbin yaxşılaşması perspektivləri ilə bağlıdır. Bununla yanaşı, dünyada neft ehtiyatlarının azalması da qiymət artımına şərait yaradıb.

Son xəbərlər

Orphus sistemi