"Brent" markalı neftin bir barelinin qiyməti 59 dolları ötüb

"Brent" markalı neftin bir barelinin qiyməti 59 dolları ötüb Şimal dəniz neft qatışığının dekabr fyuçersləri 1,06% artıb
Energetika
26 Oktyabr , 2017 21:49
Brent markalı neftin bir barelinin qiyməti 59 dolları ötüb

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Brent" markalı neftin bir barelinin qiyməti 59 dolları ötüb.

“Report” xəbər verir ki, bu barədə cümə axşamı keçirilən hərracların nəticələri deməyə əsas verir.

"Brent" markalı neftin dekabr fyuçersləri bir barel üçün 1,06% artaraq 59,06 dollara çatıb.

Bundan əvvəl Dünya Bankı öz hesabatında 2018-ci ildə neftin qiymətinin bir barelə görə 56 dollara qədər artaracağını bəyan edib.

Son xəbərlər

Orphus sistemi