"Brent" markalı neftin barreli 80 dolları keçə bilər

"Brent" markalı neftin barreli 80 dolları keçə bilər 2021-ci ilin dördüncü rübündə Brent markalı xam neftin qiyməti bir barel üçün 80 dolları keçə bilər.
Energetika
112
3 Sentyabr , 2021 04:38
Brent markalı neftin barreli 80 dolları keçə bilər

2021-ci ilin dördüncü rübündə "Brent" markalı xam neftin qiyməti bir barel üçün 80 ABŞ dollarını keçə bilər.

"Report" xəbər verir ki, bunu "Goldman Sachs"ın baş analitiki Ceff Karri CNBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, "qara qızıl"ın bahalaşmasının səbəbi məhdud təklif və sabit tələb ola bilər.

"Neftə olan tələbat pandemiyadan əvvəlki səviyyəyə çatır. Hazırda əsas məsələ tədarükün fasiləsiz olmasını təmin etməkdir", - Karri əlavə edib.

Qeyd edək ki, ötən gün Bakı vaxtı ilə saat 23:00-ə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 72,85 dollar/barelə bərabər olub.

Son xəbərlər

Orphus sistemi