Yuxarı
    Bağlamaq

    "Brent" markalı neft ucuzlaşıb

    Şimal dəniz neft qatışığı 3,16% aşağı düşüb

    Bakı. 15 dekabr. REPORT.AZ/ Londonun "ICE" birjasında 2017-ci ilin fevralında satılacaq "Brent" markalı neftin qiyməti 3,16% ucuzlaşaraq bir barel üçün 53,96 dollara düşüb.

    "Report" xəbər verir ki, bu barədə elektron hərracların nəticələri deməyə əsas verir.

    Neftin ucuzlaşması ABŞ-ın Federal Ehtiyat Sisteminin 2016-cı ildə ilk dəfə olaraq baza faiz dərəcəsini artırmaq barədə qəbul etdiyi qərardan sonra dolların digər valyutalara nisbətdə möhkəmlənməsi fonunda baş verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi