Yuxarı

"Brent" markalı neft ucuzlaşıb

Brent markalı neftin qiyməti 28,55 dollar/barelə düşüb

Bakı. 19 yanvar. REPORT.AZ/ Ötən gün ABŞ-da iş günü olmadığından, WTI (West Texas Intermediate) markalı xam neftin  bir barelinin qiyməti ötən həftənin sonundakı səviyyədə, yəni 29,42 dollar/barel qalıb.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,39 dollar və ya 1,35% ucuzlaşaraq 28,55 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 30 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi