"Brent" markalı neft ucuzlaşıb

"Brent" markalı neft ucuzlaşıb WTI markalı neftin qiyməti isə 57 dollar/bareli üstələyib
Energetika
29 Aprel , 2015 09:15
Brent markalı neft ucuzlaşıb

Bakı. 29 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,12% yaxud 0,07 dollar bahalaşaraq 57,06 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində azalma qeydə alınıb. "Brent" markalı neftin bir barelinin qiyməti 0,29% yaxud 0,19 dollar azalaraq 64,64 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 66 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi