Yuxarı
    Bağlamaq

    "Brent" markalı neft qismən bahalaşıb

    Şimal dəniz neft qatışığı 55 dollara satılır

    Bakı. 22 dekabr. REPORT.AZ/ Şimal dəniz qatışığı olan "Brent" markalı neftin bir bareli hərraclarda 55 dollardan bir qədər yuxarı satılır.

    "Report" Qitələrarası Birjada (Intercontinental Exchange) keçirilən hərracların nəticələrinə əsasən xəbər verir ki, Bakı vaxtı ilə 22:39-a olan vəziyyətə görə, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 1% artaraq bir barel üçün 55,06 dollar təşkil edib.

    Gün ərzində sözügedən neft markasının qiyməti bir barelə görə 54,05 dollara enib.

    WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti də 1% artıb və bir barel üçün 53,04 dollar təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi