"Brent" markalı neft 55,70 dollara qədər ucuzlaşıb

"Brent" markalı neft 55,70 dollara qədər ucuzlaşıb Bu, ABŞ-ın neft ehtiyatları ilə bağlı xəbərlər fonunda baş verib
Energetika
23 Fevral , 2017 01:28
Brent markalı neft 55,70 dollara qədər ucuzlaşıb

Bakı. 23 fevral. REPORT.AZ/ Neftin dünya qiymətləri Amerikanın Neft İnstitutu (API) və ABŞ-ın Energetika Nazirliyinin ölkədə "qara qızıl" ehtiyatlarına dair cümə axşamı gözlənilən məlumatları fonunda aşağı düşməkdədir.

"Report" xəbər verir ki, bu barədə elektron birjalarda keçirilən hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə çərşənbə günü 20.40-a olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının aprel fyuçerslərinin qiyməti 1,69 faiz aşağı düşərək bir barelə görə 55,70 dollara çatıb. WTI markalı yüngül neftin aprel fyuçersləri isə 1,56 faiz aşağı düşərək bir barel üçün 53,48 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi