Yuxarı

​"Brent" markalı neft 50 dollardan ucuz olub

Xam neftin qiymətinin ilin sonunadək 49 dollar/barel olacağı gözlənilir

Bakı. 13 oktyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,53 dollar yaxud 5,10% ucuzlaşaraq 47,10 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 2,79 dollar və ya 5,30% ucuzlaşaraq 49,86 dollar/barelə enib.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 49 dollar/barel olacağı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi