Yuxarı

​"Brent" markalı neft 3%-dən çox bahalaşıb

WTI markalı xam neftin qiyməti isə 32 dollar/barel həddini keçib

Bakı. 25 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,28 dollar yaxud 0,88% bahalaşaraq 32,15 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,14 dollar və ya 3,43% artaraq 34,41 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 36 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi