Yuxarı

"Brent" markalı neft 2% ucuzlaşıb

WTI markalı neftin qiyməti isə 46,25 dollara düşüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,82% yaxud 2,23 dollar ucuzlaşaraq 46,25 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 2,14% və ya 1,02 dollar ucuzlaşaraq 47,67 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 53 dollar/barel olacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi