Yuxarı

​"Brent" markalı neft 8% ucuzlaşıb

Brent markalı neftin qiyməti 30,32 dollar/barelə düşüb

Bakı. 10 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,75 dollar, yaxud 5,90% ucuzlaşaraq 27,94 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 2,56 dollar və ya 7,79% ucuzlaşaraq 30,32 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 32 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi