Yuxarı
    Bağlamaq

    "Brent" markalı neft 1% bahalaşıb

    WTI markalı neftin qiyməti 43 dolları keçib, Brentin qiyməti isə 50 dollara çatıb

    Bakı. 13 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,22 dollar və ya 0,51% bahalaşaraq 43,08 dollar təşkil edib.

    "Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,98% yaxud 0,48 dollar artaraq 49,66 dollar/barel olub.

    Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi