"Brent"in qiyməti martın 16-dan bu yana ilk dəfə 65 dollardan aşağı düşüb - YENİLƏNİB

"Brent"in qiyməti martın 16-dan bu yana ilk dəfə 65 dollardan aşağı düşüb - YENİLƏNİB Bakı. 14 noyabr. REPORT.AZ/ Brent markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti cari ilin 16 mart tarixindən bu yana ilk dəfə olaraq 65 dollardan aşağı düşüb.
Energetika
14 Noyabr , 2018 02:30
Brentin qiyməti martın 16-dan bu yana ilk dəfə 65 dollardan aşağı düşüb - YENİLƏNİB

Bakı. 14 noyabr. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti cari ilin 16 mart tarixindən bu yana ilk dəfə olaraq 65 dollardan aşağı düşüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 00.39-a olan vəziyyətə görə, "Brent"in yanvar fyuçerslərinin qiyməti bir barelə görə 7,43 faiz azalaraq 64,91 dollara enib.

Bununla belə, cümə günü WTI markalı yüngül neftin qiyməti 2017-ci ilin 17 mart tarixindən bu yana ilk dəfə olaraq bir barelə görə 55 dollardan aşağı düşüb.

Bakı vaxtı ilə 00.49-a olan vəziyyətə görə, WTI növünün dekabr fyuçerslərinin qiyməti bir barelə görə 8,31 faiz düşərək 54,95 dollar təşkil edib.

Hərraclar zamanı bir barelə görə qiymət 54,77 dollara qədər enib.


***22:28

Bakı. 13 noyabr. REPORT.AZ/ "Brent" markalı Şimal dəniz neftinin 2019-cu ilin yanvar ayı üçün olan fyuçersinin dəyəri 5,89 faiz aşağı düşərək bir barel üçün 65,99 dollar təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu qiymət Londonun ICE birjasında keçirilən hərraclar zamanı məlum olub.

Bu növ neftin qiyməti sonuncu dəfə cari ilin mart ayının 19-da bir barelə görə 66 dollar səviyyəsindən aşağı olub.

Bundan əvvəl neftin qiyməti 68 dollardan aşağı düşüb.

Son xəbərlər

Orphus sistemi