Braziliya “Total”a kəşfiyyat quyularının qazılması üçün lisenziya verməkdən imtina edib

Braziliya “Total”a kəşfiyyat quyularının qazılması üçün lisenziya verməkdən imtina edib Bakı. 28 dekabr. REPORT.AZ/ Braziliya hökuməti Fransanın “Total” enerji konserninə Amazon çayının mənsəbində kəşfiyyat quyularının qazılması üçün lisenziya verməkdən imtina edib.
Energetika
28 Dekabr , 2018 13:46
Braziliya “Total”a  kəşfiyyat quyularının qazılması üçün lisenziya verməkdən imtina edib

Bakı. 28 dekabr. REPORT.AZ/ Braziliya hökuməti Fransanın “Total” enerji konserninə Amazon çayının mənsəbində kəşfiyyat quyularının qazılması üçün lisenziya verməkdən imtina edib.

“Report”un EFE agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Braziliyanın Ətraf Mühitin Mühafizəsi və Bərpa Olunan Təbii Resurslar üzrə İnstitununun (İBAMA) bəyanatında deyilir.

“Total” quyuların qazılmasının zəruri tələblərə uyğun aparılacağı ilə bağlı verdiyi cavabın inandırıcılığına dəlillər gətirə bilmədi", - deyə təşkillat rəsmiləri qeyd ediblər. Onlar qeyd ediblər ki, Fransa şirkətinin layihəsi ətraf mühitin mühafizəsi nöqteyi-nəzərindən kifayət qədər işlənilməyib.

Ekoloqların sözlərinə görə, Amazon çayının mənsəbində quyuların qazılması bu ərazidə 2016-cı ildə aşkar edilmiş unikal koral rifinə təhlükə yaradır.

İBAMA-nın bəyanatında vurğulanır ki, müvafiq qərar son qərardır və digər instansiyalarda mübahisə edilə bilməz.

“Total” konserninin dünyanın ən uzun çayının mənsəbində kəşfiyyat quyularının qazılması ilə bağlı planları ictimaiyyətin və ətraf mühitini mühafizəsi sahəsindəki mütəxəssislərin etirazına səbəb olub. Sentyabrda Fransada “Greenpeace” təbiətin müdafiəsi təşkilatının yerli şöbəsinin fəalları “Total”ın Amazon çayının mənsəbindəki layihələrinə etiraz olaraq iri şəhərlərdəki fəvvarələri qara rəngə boyayıblar.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, Amazon çayının mənsəbində neft yataqlarının neft ehtiyatları 14 mlrd. barelə çatır.

Son xəbərlər

Orphus sistemi