Braziliya Energetika Nazirliyi: 2017-ci ildə neft hasilatı artacaq

Braziliya Energetika Nazirliyi: 2017-ci ildə neft hasilatı artacaq "Braziliyada neft hasilatı artır"
Energetika
29 Oktyabr , 2016 14:46
Braziliya Energetika Nazirliyi: 2017-ci ildə neft hasilatı artacaq

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Gələn il Braziliyada neft hasilatı artacaq".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Braziliyanın Energetika Nazirliyinin Neft-Qaz Departamentinin rəhbəri Marsio Feliks jurnalistlərə açıqlamasında deyib.

"Braziliyada neft hasilatı artır. Gələn il də artım olacaq. Dəqiq rəqəm deyə bilmərəm. Amma plana görə, yaxın bir neçə il ərzində hasilat aratacaq" - deyə o bildirib.

Onun sözlərinə görə, Braziliya hökuməti əvvəlcə Vyanada keçirilən OPEC-ə üzv olan və olmayan neft ixracatçıları ölkələrindən olan eksperlərin görüşündə səslənəcək təklifləri dinləmək, sonra isə öz mövqeyini bəyan etmək niyyətindədir.

"Biz braziliyalılar üçün bu görüşə dəvət almağımız şərəfdir. Dinləmək niyyətindəyik. Braziliya OPEC üzvü deyil, biz burada müşahidəçi kimiyik. Ona görə də əvvəlcə OPEC üzvlərinin fikirlərini dinləyib, sonra danışacağıq", - deyə M.Feliks vurğulayıb.

Son xəbərlər

Orphus sistemi