BP yeni iri layihənin icrasına başlayıb

BP yeni iri layihənin icrasına başlayıb Burada şirkətin hasilatının ikiqat artılması planlaşdırılır
Energetika
22 May , 2017 17:21
BP yeni iri layihənin icrasına başlayıb

Bakı. 22 may. REPORT.AZ/ BP şirkəti Şimal dənizinin Birləşmiş Krallığa məxsus hissəsində yeni layihənin icrasına başlayıb.

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu layihə ilə həmin ərazidə 2013-cü ildən dayandırılan hasilat bərpa olunacaq və burada şirkətin hasilatının onilliyin sonuna qədər ikiqat artmasına yardım edəcək.

BP və tərəfdaşları “Quad 204” layihəsi üçün 5,7 mlrd. dollar məbləğində vəsait ayırıb. Bura yeni üzən hasilat və təchizat gəmisinin tikintisi, eyni zamanda köhnəlmiş “Schiehallion” və "Loyal" yataqlarının yenidən inkişafı daxildir.

Şirkətin məlumatına görə, “Quad 204”dən bu il gündəlik neft hasilatı 130 min barelə çatdırılacaq.

2020-ci ilə qədər Böyük Britaniyanın Şimal dənizində hasilatın ikiqat artırılaraq gündəlik 200 min barel neft ekvivalentinə çatdırılması hədəflənir.

Son xəbərlər

Orphus sistemi