BP yaxın illərdə neftin qiymətinə dair proqnozunu açıqlayıb

BP yaxın illərdə neftin qiymətinə dair proqnozunu açıqlayıb Qiymətlər uzun müddət aşağı səviyyədə qalacaq
Energetika
48
7 Mart , 2018 11:19
BP yaxın illərdə neftin qiymətinə dair proqnozunu açıqlayıb

Bakı. 7 mart. REPORT.AZ/ Neftin qiymətinin yaxın bir neçə ildə 50-65 dollar/barel arasında dəyişməsi ən real variant kimi görünür. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu proqnozla dünyanın nəhəng neft şirkətlərindən biri olan BP-nin rəhbəri Bob Dadli (Bob Dudley) ABŞ-ın Hyuston şəhərində keçirilən "CERAWeek" neft-qaz konfransında çıxış edib. 

"Neftin qiymətinə dair proqnoz vermək çətindir. Lakin, düşünürəm ki, 50-65 dollar/barel diapazonu müəyyənləşəcək", - o qeyd edib. 

Xatırladaq ki, BP rəhbəri Beynəlxalq Enerji Agentliyi (IEA) kimi neftin gələcək qiyməti ilə bağlı "uzun müddət aşağı" proqnozunu müdafiə edir.