Yuxarı
    Bağlamaq

    BP: Yaxın 20 ildə neft istehlakı artacaq

    Növbəti iki ildə dünyada neftə tələbat əvvəlki ildən çox artacaq

    Bakı. 25 oktyabr. REPORT.AZ/ "Bizim hesablamalarımıza əsasən, yaxın 20 ildə dünya bazarında neft istehlakı artmaqda davam edəcək".

    "Report" xəbər verir ki, bunu Bakıda BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov bildirib: “Bununla belə, daha uzaq gələcəyə baxsaq, neft istehlakının modelində ciddi dəyişikliklər müşahidə edəcəyik. Məlumdur ki, neftin böyük hissəsinə tələb nəqliyyatla bağlıdır və elektromobillərin sayının artması tələbata təsir göstərəcək”.

    V.Drebentsov həmçinin qeyd edib ki, növbəti iki ildə dünyada neftə tələbat əvvəlki ildən çox artacaq.

    Neftin qiymətini də şərh edən iqtisadçı bildirib ki, neftin qiymətindəki hazırkı artım davamlı deyil: “Son aylardakı artım ABŞ-da baş verən qasırğa ilə bağlıdır. 2020-ci ildən sonra stabilləşmə üçün daha böyük şans var. 2022-ci ildən bazar daha stabil olacaq və artım üçün daha davamlı amillər olacaq”.

    Onun sözlərinə görə, daha sonra isə bazarda qiymət OPEC-in siyasəti və ABŞ-da şist neft hasilatının vəziyyətindən asılı olacaq: “Lakin əgər qiymətin artması şansı varsa, onun baş verməməsi riski də var. Hər şey ABŞ-ın şist neft hasilatının artımından asılıdır. ABŞ-da şist neft hasilatı gözlədiyimizdən 1,5 dəfə çox arta bilər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi