Qəri Cons: "Xəzər dənizində perspektiv strukturların kəşfiyyatı ilə bağlı ambisiyalı proqramımız var"

Qəri Cons: "Xəzər dənizində perspektiv strukturların kəşfiyyatı ilə bağlı ambisiyalı proqramımız var" Bakı. 12 yanvar. REPORT.AZ/ BP və onun tərəfdaşları Azərbaycanın nəhəng təbii qaz layihəsi üçün 28 mlrd. ABŞ dolları xərcləyib və bu, başlanğıc ola bilər.
Energetika
12 Yanvar , 2019 14:41
Qəri Cons: Xəzər dənizində perspektiv strukturların kəşfiyyatı ilə bağlı ambisiyalı proqramımız var

Bakı. 12 yanvar. REPORT.AZ/ "BP və onun tərəfdaşları Azərbaycanın nəhəng təbii qaz layihəsi üçün 28 mlrd. ABŞ dolları xərcləyib və bu, başlanğıc ola bilər". 

“Report”un “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons (Gary Jones) bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət 2020-ci ilə qədər ölkədə 6 yeni kəşfiyyat quyusu qazmaq niyyətindədir. 

"Blooombeg" qeyd edib ki, əgər Qəri Consun gözləntiləri reallaşsa, Xəzər dənizində yanacaq hasilatına görə nəhəng Manhettenə bərabər olan və  “Şahdəniz”lə eyni ölçüdə yeni yataq aşkarlana bilər. 

“Braziliya ilə yanaşı, Azərbaycan da növbəti bir neçə il ərzində diqqət mərkəzində olacaq. Bu, bizim üçün əhəmiyyətli bir kəşfiyyat proqramıdır, hansı ki, Xəzərdə gördüyümüz əminlik və rolu nümayiş etdirir", - deyə Q.Cons vurğulayıb. 

Qeyd olunub ki, əgər BP kəşfiyyat quyularında yeni qaz yatağı aşkar etsə, hasil ediləcək "mavi yanacağ"ı Avropaya eyni boru kəməri ilə nəql edəcək.

“Bu səbəbdən Xəzər dənizində perspektiv strukturların kəşfiyyatı ilə bağlı ambisiyalı proqramımız var, hansı ki, özündə digər mühüm qaz variantlarını nəzərdə tutur. Bu mənbədən əsrin ortalarına qaz ala bilərik”, - deyə Q.Cons vurğulayıb.

Onun sözlərinə görə, BP hazırda diqqətini böyük həcmdə qaz ehtiyatlarının ehtimal edildiyi "Şəfəq-Asiman" perspektiv strukturuna yönəldib. Q.Cons deyib ki, 2019-cu ildə Xəzərin Azərbaycan sektorundakı “Şəfəq-Asiman”da ilk kəşfiyyat quyusunun qazılması planlaşdırılır.

Qeyd edək ki, “Şahdəniz 2” ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit pik hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə ildə 16 mlrd. kubmetr qaz əlavə edəcəyi gözlənilir. “Şahdəniz” yatağının ümumi hasilat həcmi ildə 26 mlrd. kubmetr qaz və gündə 120 min barel kondensat səviyyəsinə çatacaq.

“Şahdəniz 2” çərçivəsində Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu, BP şirkətinin bu vaxtadək dünyada operatoru olduğu ən iri dəniz infrastrukturudur.

Son xəbərlər

Orphus sistemi