BP və tərəfdaşları son 27 ildə Azərbaycana 70 mlrd. dollar investisiya yatırıb

BP və tərəfdaşları son 27 ildə Azərbaycana 70 mlrd. dollar investisiya yatırıb “Xəzər dənizi hövzəsində enerji resursları ən az olan ölkə Azərbaycandır. Amma bu resursların ən səmərəli idarə olunduğu ölkə də Azərbaycandır”.
Energetika
24 Aprel , 2019 15:39
BP və tərəfdaşları son 27 ildə Azərbaycana 70 mlrd. dollar investisiya yatırıb
0 : 00
0 : 00

Xəzər dənizi hövzəsində enerji resursları ən az olan ölkə Azərbaycandır. Amma bu resursların ən səmərəli idarə olunduğu ölkə də Azərbaycandır”.

"Report" xəbər verir ki, bunu “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Bundan başqa, onun sözlərinə görə, təmsil etdiyi şirkət və tərəfdaşları son 27 ildə Azərbaycana 70 mlrd. ABŞ dolları investisiya yatırıb.

“Bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 3,5 mlrd. barel neft hasil olub, bura konsorsiumun investisiyaları 36 mlrd. dollar təşkil edib. Həmçinin 44 mlrd. kubmetrdən artıq səmt qazı hasil edilərək dövlətə təmənnasız təhvil verılıb. “Şahdəniz” yatağından isə ümumi qaz hasilatının həcmi 100 mlrd. kubmetrdir", - deyə B.Aslanbəyli qeyd edib. 

Son xəbərlər

Orphus sistemi