Yuxarı
    Bağlamaq

    BP və tərəfdaşları 100 nəfər icma üzvünə sertifikat verib

    Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün BP və onun tərəfdaşları Bakı yaxınlığında yerləşən Ümid, Sahil, Əzimkənd və Sənqəçal qəsəbələrindən olan 100 nəfər icma üzvünə informasiya texnologiyaları sertifikatları təqdim edib.

    "Report" xəbər verir ki, iki mərhələdən ibarət layihənin birinci və ikinci fazaları üzrə ümumi dəyəri 155 min manat təşkil edib.

    Tədbirdə çıxış edən “BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu layihə BP və tərəfdaşlarının icmalarda bacarıq və səriştələrin artırılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Onun sözlərinə görə, layihə xüsusi olaraq icma üzvlərinin İT bacarıqlarının və səriştələrinin inkişafına yönəlib: “Bu da, öz növbəsində, iştirakçıların məşğulluq imkanlarını və əmək bazarında rəqabət qabiliyyətini artıracaq. Bundan bir il öncə BP və tərəfdaşlarının maliyyələşdirdiyi həmin layihənin birinci fazası çərçivəsində İT-nin əsaslarına dair kursdan məzun olmuş 50 icma üzvünə də sertifikatlar verilib. Birinci faza uğurlu olduğuna görə, ikinci faza daha geniş miqyasda planlaşdırılaraq həyata keçirilib”.

    BP rəsmisi həmçinin deyib ki, ikinci faza Qaradağ rayonundan 100 nəfər icma üzvünü və BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa rayonlarındakı icmalardan seçilmiş əlavə 100 nəfəri əhatə edib: “Bundan əlavə, ikinci faza çərçivəsində birinci fazada keçirilmiş CİSCO təlim kurslarını bitirmiş 19 ən yüksək nəticə göstərmiş məzuna dəstək verilib. Onlara qabaqcıl İT bacarıqlarına yiyələnmək və məzun olduqdan sonra beynəlxalq miqyasda tanınmış “CİSCO Certified Network Associates” sertifikatı üzrə imtahanlardan uğurla keçmələri üçün ingilis dili biliklərini təkmilləşdirmək imkanı yaradılıb”.

    Layihənin ikinci fazası 2016-cı ilin yanvar ayında başlayıb və 2017-ci ilin dekabrında başa çatıb.

    Qaradağ rayonundan olan iştirakçılar üçün təlimlər Bakıda keçirilib. Boru kəmərləri boyunca yerləşən rayonlardan olan digər qrup üçün isə təlimlər Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində xüsusi qaydada təşkil olunub. Bütün təlimlər beynəlxalq təlim və layihə mərkəzinin sertifikatlı peşəkar mütəxəssislər tərəfindən keçirilib.

    Təlim proqramı kompüter üzrə proqram təminatı və avadanlıq sayəsində lazımi bilgilər verməklə əhalinin İT vərdişləri tələb edən işlərə getdikcə artan ehtiyaclarını ödəmək məqsədi daşıyır. Təlim proqramının əhatə etdiyi əsas sahələr dizüstü kompüter və mobil cihazlar, kabelsiz bağlantı, texniki təhlükəsizlik, ətraf mühit və ünsiyyət məsələləri ilə bağlı bacarıq və biliklərlə bağlıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi