BP və SOCAR arasında yeni saziş imzalanacaq

BP və SOCAR arasında yeni saziş imzalanacaq İlin sonuna isə geoloji işlərə başlana bilər
Energetika
25 May , 2016 13:33
BP və SOCAR arasında yeni saziş imzalanacaq

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Xəzərin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki "D230" bloku üzrə saziş bu ilin payızında imzalanacaq. "Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib. 

Onun sözlərinə görə, ilin sonuna isə geoloji işlərə başlana bilər: "D230" bloku əvvəl öyrənilməmiş bir sahədir. BP şirkəti investisiya yatırıb kəşfiyyat işləri aparmaq niyyətini bildirib. Biz də razılıq verdik. BP şirkəti ilə "Dayazsulu Abşeron"da belə təcrübəmiz var. Bu layiyə uğurla irəliləyir. Artıq 3D geologiya və geofizika işləri aparılır. Gələn ilə işlənmə proqramı üzrə qərar qəbul olunacaq. "D230" isə yeni sahədir, struktur hələ yoxdur".

Xatırladaq ki, BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki "D230" blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalayıb.

Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökümət planının bir hissəsi kimi, bu memorandum BP-yə müstəsna hüquq verir ki, "D230" blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar aparsın.

Sənəd ötən gün Bakıda Azərbaycan hökuməti adından SOCAR prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb.

Son xəbərlər

Orphus sistemi