Yuxarı

Bəxtiyar Aslanbəyli: “25 il ərzində AÇG-dən 3,5 mlrd barel neft hasil edilib”

BP və konsorsiuma daxil olan şirkətlər Azərbaycana $72 mlrd yatırıblar
© Report/ Elchin Murad — "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku 25 il ərzində Azərbaycan iqtisadiyyatına böyük töhfələr verib. Həmçinin AÇG layihəsi iqtisadi layihə olmaqla yanaşı, həmçinin ciddi siyasi əhəmiyyətə malikdir".

“Report”un məlumatına görə, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransının ikinci günündə bildirib.

Onun sözlərinə görə, bu illər ərzində AÇG-dən 3,5 mlrd barel neft hasil edilib: “Bu 25 il ərzində BP və konsorsiuma daxil olan şirkətlər tərəfindən AÇG layihəsinə 36 mlrd dollar investisiya yatırılıb. Ümumilikdə isə BP və konsorsiuma daxil olan şirkətlər tərəfindən Azərbaycanda icra olunan layihələrə 72 mlrd dollar investisiya qoyulub.”

B. Aslanbəyli bildirib ki, 25 il ərzində 44 mlrd kubmetr səmt qazı təmənnasız olaraq dövlətə təhvil verilib.

BP-nin kadr siyasətindən danışan şirkət rəsmisi bildirib ki, bu gün BP-də çalışan işçiləri 90%-i milliləşdirilib və Azərbaycan vətəndaşlarıdır. O bildirib ki, BP-də çalışan rəhbər şəxslərin 63%-i Azərbaycan vətəndaşlarıdırlar. 

"Ümumilikdə isə bütün dünya üzrə 67 nəfər Azərbaycan vətəndaşı BP-nin müxtəlif ölkələrində rəhbərliklərində təmsil olunurlar”, - B. Aslanbəyli qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi