​BP və "Exxon Mobile" şirkətləri AÇG layihəsi üzrə razılığa gələ bilmir

​BP və "Exxon Mobile" şirkətləri AÇG layihəsi üzrə razılığa gələ bilmir "Exxon Mobile" yeni müqavilənin ilkin şərtlərindən razı deyil
Energetika
1 İyul , 2016 16:36
​BP və Exxon Mobile şirkətləri AÇG layihəsi üzrə razılığa gələ bilmir

Bakı. 1 iyul. REPORT.AZ/ ABŞ-ın "Exxon Mobil" və Böyük Britaniyanın BP şirkətlərinin Azərbaycan yataqlarında neft hasilatı ilə bağlı iri neft sazişi ilə əlaqədar münasibətləri gərgindir və hələ də “Əsrin müqaviləsi” adlanan kontraktı yeniləməyiblər. “Report” xəbər verir ki, bu barədə “Reuters”ə üç ən yüksək səviyyəli sənayə mənbələrindən bildiriblər.

Xəzər dənizində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi ilə məşğul olan və özünün dünyadakı neft hasilatının 10%-ni buradan təmin edən BP şirkəti Azərbaycanla ilkin əsaslarla razılaşdırılmış 30 illik (1994-cü ildə imzalanan) müqavilənin uzadılması ilə bağlı razılığa gəlib.

Lakin AÇG konsorsiumunda mövcud olan payına görə karbohidrogen  hasilatından 1% gəlir əldə edən "Exxon Mobil" şirkəti isə 2014-cü ildə neft qiymətlərinin yarıbayarı azalması səbəbindən daha səmərəli bir saziş axtarışındadır.

Son xəbərlər

Orphus sistemi