BP sosial investisiya layihələrinə xərclərini artırıb

BP sosial investisiya layihələrinə xərclərini artırıb ​​​​​​​Üç rüb ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 2,6 mın ABŞ dolları xərcləyib
Energetika
16 Noyabr , 2020 15:52
BP sosial investisiya layihələrinə xərclərini artırıb

Bu ilin üç rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 2,6 mln ABŞ dolları xərcləyib.

Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından 2020-cu ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu, 2019-cu ilin 9 ayı ilə müqayisədə 0,4 mln ABŞ dolları və ya 18,2 % çoxdur.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2020-ci ilin üç rübü ərzində 1,1 mln ABŞ dolları vəsait xərcləyib. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 0,4 mln ABŞ dolları və ya 57,1 % çoxdur.

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

Son xəbərlər

Orphus sistemi