BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 3 % azalıb

BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 3 % azalıb İkinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2268 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Energetika
4 Avqust , 2022 13:07
BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 3 % azalıb

İkinci rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 268 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından II rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 % azdır.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.

"BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək", - deyə şirkət bəyan edib.

Son xəbərlər

Orphus sistemi