Yuxarı
    Bağlamaq

    ​BP: "Şahdəniz" layihəsinin III mərhələsinin perspektivlərini dəyərləndirmək istəyirik

    Co Mörfi: Üçüncü mərhələnin həyata keçirilməsi üçün texnoloji baxımdan irəliləyiş lazımdır

    Bakı. 4 noyabr. REPORT.AZ/ Hazırda "Şahdəniz" layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi üçün işlər aparılır. Üçüncü mərhələnin həyata keçirilməsi üçünsə texnoloji baxımdan irəliləyiş lazımdır.

    "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisindəki çıxışında BP şirkətinin Cənub Qaz Dəhlizi layihəsi üzrə vitse-prezidenti Co Mörfi (Joe Murphy) bildirib: "Bu yatağın ehtiyatları böyükdür. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bu perspektivləri dəyərləndirmək istəyirik".

    Qeyd edək ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

    "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də Azərbaycan Dövlət Neft Şirkəti və xarici şirkətlər arasında imzalanıb. "Şahdəniz" üzrə Hasilatın Pay Bölgüsü sazişi 4 oktyabr 1996-cı ildə ratifikasiya olunub. 1999-cu ilin may ayında isə "Şahdəniz" qaz-kondensat yatağı kəşf olunub.

    "Şahdəniz" layihəsində işlər iki mərhələdən ibarətdir: Mərhələ-1 - hasil olunan qaz Azərbaycan, Gürcüstan və Türkiyədə istehlakçılara çatdırılır, Mərhələ-2 - hasil olunan qazın Türkiyə və Avropaya nəql olunması nəzərdə tutulur.

    "Şahdəniz" layihəsində BP (operator - 28,8%), AzŞD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri paya malikdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi