BP: “Şahdəniz 2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir

BP: “Şahdəniz 2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir Bakı. 1 avqust. REPORT.AZ/ “Şahdəniz 2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir.
Energetika
1 Avqust , 2018 16:41
BP: “Şahdəniz 2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ “Şahdəniz 2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkəti məlumat yayıb.

Bildirilib ki, 2018-ci ilin birinci yarısında Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra “Şahdəniz 2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri, 29 may 2018-ci il tarixində Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil olub. Bunun ardınca iyunun 30-da “Şahdəniz 2” layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başlayıb.

Eyni zamanda ilin birinci yarısında “Şahdəniz” “Bravo” platformasında montaj işləri və istismar sınaqları davam edib. Sualtı axın xətlərinin və quyuların sınaq işləri tamamlanıb və “Bravo” qurğuları istismar mərhələsinə daxil olub”-, məlumatda qeyd edilib.

Bildirilib ki, 2018-ci ilin 1-ci yarısı ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib: “Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq 30 iyunda başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilmişdi.Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.

Eyni zamanda Azərbaycanda layihənin yerüstü qurğularının istismar sınaqları davam edir. Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb, istismar sınaqları isə plana uyğun irəliləyir”.

Son xəbərlər

Orphus sistemi