BP rəsmisi: “Prioritetimiz Cənub Qaz Dəhlizi layihəsini nəzərdə tutulan vaxtda və büdcədə tamamlamaqdır"

BP rəsmisi: “Prioritetimiz Cənub Qaz Dəhlizi layihəsini nəzərdə tutulan vaxtda və büdcədə tamamlamaqdır" Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsi üzrə işlərin 50%-i tamamlanıb
Energetika
22 Noyabr , 2016 15:25
BP rəsmisi: “Prioritetimiz Cənub Qaz Dəhlizi layihəsini nəzərdə tutulan vaxtda və büdcədə tamamlamaqdır

Bakı. 22 noyabr. REPORT.AZ/ “Prioritetimiz Cənub Qaz Dəhlizi layihəsini nəzərdə tutulan vaxtda və büdcədə tamamlamaqdır”. 

“Report”un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BP şirkətinin Türkiyə üzrə rəhbəri Mik Stamp bildirib.

O, layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi üzrə işlərin sürətlə davam etdirildiyini və işlərin 80%-nin tamamlandığını qeyd edib: "Hədəfimiz 2018-ci ildə Türkiyəyə, 2020-ci ilin əvvəlində isə Avropaya ilk qazı çatdırmaqdır".

M.Stamp Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə işlərin 50%-nin tamamlandığını bildirib.

O, enerji nəqlinin davamlılığı və təhlükəsizliyi baxımından milyard dollarlıq boru kəmərlərini qorumağın çox önəmli olduğunu vurğulayıb: “Təhlükəsizlik boru kəmərləri üçün çox önəmlidir. BP olaraq kəmərlərimizi qorumaq üçün həmişə əlavə sərmayə qoyuruq. Müasir boru kəmərlərinin hətta bir dovşanı belə asanca müəyyənləşdirəcək xəbərdarlıq sistemləri var. Həm də xətlərin qorunmasını təmin edən Türkiyə təhlükəsizlik orqanları ilə birlikdə çalışırıq”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi - Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın 3 500 km məsafə qət edərək Avropaya nəqlini nəzərə tutan layihədir. Cənub Qaz Dəhlizi üç boru kəməri - Cənubi Qafqaz Boru Kəməri (CQBK, Azərbaycan və Gürcüstan ərazisi), Trans-Anadolu Boru Kəməri (TANAP, Türkiyə ərazisi), Trans-Adriatik Boru Kəmərindən (TAP, Yunanıstan, Albaniya, İtaliya) ibarətdir.

Son xəbərlər

Orphus sistemi