BP-nin regional prezidenti: "Qlobal iqlim dəyişiklikləri çağırışları üçün şirkətlər bir araya gəlməlidir"

BP-nin regional prezidenti: "Qlobal iqlim dəyişiklikləri çağırışları üçün şirkətlər bir araya gəlməlidir" Qlobal iqlim dəyişiklikləri bir sıra çağırışlar yaradır və bu çağırışlar üçün şirkətlər birgə çalışmalıdır.
Energetika
10 Dekabr , 2019 11:17
BP-nin regional prezidenti: Qlobal iqlim dəyişiklikləri çağırışları üçün şirkətlər bir araya gəlməlidir
Qari Counz / Report / Elchin Murad

"Qlobal iqlim dəyişiklikləri bir sıra çağırışlar yaradır və bu çağırışlar üçün şirkətlər birgə çalışmalıdır".

"Report" xəbər verir ki, bu barədə "Baker Hughes" tərəfindən bu gün Bakıda təşkil edilmiş "Energy Forward" konfransında çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz deyib.

O qeyd edib ki, karbohidrogenlərin hasilatının davam etdirilməsinə baxmayaraq, bu prosesin ətraf mühitə təsirinin azaldılması istiqamətində işlər aparılmalıdır.

"Proqnozlara görə, 2040-cı ilə qədər dünyada enerji resurslarına tələbat 30% artacaq. Bu tələbatın ödənilməsi təmin edilməlidir. Buna baxmayaraq qlobal iqlim dəyişiklikləri qabağımıza yeni çağırışlar qoyur. Bu çağırışlara cavab vermək üçün bu sahədə çalışan şirkətlər bir araya gəlməlidir".

Son xəbərlər

Orphus sistemi