BP OPEK görüşünün iştirakçılarının tələbi ilə neft hasilatını azaltmağa hazır olduğunu bildirib

BP OPEK görüşünün iştirakçılarının tələbi ilə neft hasilatını azaltmağa hazır olduğunu bildirib Bu barədə BP rəhbəri Robert Dadli məlumat verib
Energetika
25 Yanvar , 2017 21:55
BP OPEK görüşünün iştirakçılarının tələbi ilə neft hasilatını azaltmağa hazır olduğunu bildirib

Bakı. 25 yanvar. REPORT.AZ/ "OPEK ölkələrinin Vyana sazişinin iştirakçıları tələb edərsə, Britaniyanın neft-qaz şirkəti BP həmin ölkələrdə neft istehsalını azaltmağa hazırdır".

"Report" "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə BP rəhbəri Robert Dadli məlumat verib.

Onun sözlərinə görə, şirkət bu məsələni müstəqil həll etmir. Çünki bu, BP-nin hasilatla məşğul olduğu ölkələrin tənzimləyici qurumlarının səlahiyyətinə aiddir.

"İndi biz Əbu-Dabidə istehsalla məşğul oluruq. Hansı ki, buna mənfi cavab verib. Azərbaycan da bu gün elan edib ki, bəzi ixtisarlar edəcək. Biz şirkət olaraq bu cür qərarlar qəbul etmirik. Bu məsələ tənzimləyicinin işidir", - deyə o bildirib.

Qeyd edək ki, OPEK ötən ilin 30 noyabrında neft hasilatını hər gün 1,2 milyon barrel – 32,5 milyon barelə qədər ixtisara salmaq razılığa gəlib.

Son xəbərlər

Orphus sistemi