Yuxarı
    Bağlamaq

    Qordon Birrell: BP növbəti il üçün AÇG yatağında hasilatın sabit qalmasına çalışacaq

    BP rəsmisi deyib ki, 2016-2017-ci illər üçün neft qiymətlərinin qalması gözlənilmir

    Bakı. 7 sentyabr. REPORT.AZ/ "Azəri-Çıraq-Günəşli" (AÇG) üzrə danışıqlar gedir və biz də bu danışıqlarda aktiv iştirak edirik. AÇG-nin çox böyük gələcəyi var və biz burada işləmək fikrindəyik. Amma təbii ki, qərar Azərbaycan hökumətindən asılıdır. 

    "Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi mətbuat konfransında BP Azərbaycanın prezidenti Qordon Birrell deyib. Q. Birrellin sözlərinə görə, BP növbəti il üçün AÇG yatağında hasilatın sabit qalmasına çalışacaq:

    "Düşünürəm ki, biz çalışmalıyıq AÇG yatağında hasilatı sabit saxlayaq, yaxud bir qədər azalmaqla hasilatın sabit qalmasına nail olaq".

    BP rəsmisi deyib ki, 2016-2017-ci illər üçün neft qiymətlərinin qalxması gözlənilmir:

    "Biz 2016-2017-ci illərdə nəinki neft qiymətlərinin qalxmasını, hətta aşağı neft qiymətləri şəraitində investisiyaların cəlb edilməsinə nail olmalıyıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi