BP növbəti 2 il ərzində Azərbaycanda daha 6 quyu qazmağı planlaşdırır

BP növbəti 2 il ərzində Azərbaycanda daha 6 quyu qazmağı planlaşdırır Bakı. 6 mart. REPORT.AZ/ Bizim D-230 kəşfiyyat blokuna çox böyük ümidlərimiz var.
Energetika
6 Mart , 2019 18:09
BP növbəti 2 il ərzində Azərbaycanda daha 6 quyu qazmağı planlaşdırır

Bakı. 6 mart. REPORT.AZ/ "Bizim D-230 kəşfiyyat blokuna çox böyük ümidlərimiz var".

“Report”un məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns təmsil etdiyi şirkətin 2018-ci ildəki fəaliyyəti və 2019-cu il üçün planları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, bu kəşfiyyat blokunda işlər uğurlu olarsa, BP II “Azəri-Çıraq-Günəşli” yatağını kəşf etmiş olacaq. 

”Bundan başqa, BP “Qobustan” kəşfiyyat bloku ilə bağlı müqaviləyə qoşulub”, - deyə Q.Couns qeyd edib. 

Onun sözlərinə görə, BP, ümumilikdə, 4 kəşfiyyat müqaviləsi imzalayıb: “Bu müqavilələr Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə yarıbayarı iştirak payına malikdir. Növbəti 2 il ərzində bu müqavilələr əsasında 6 quyu qazmağı planlaşdırırıq”.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimal Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50% iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50%-i isə SOCAR-a məxsus olacaq.

Son xəbərlər

Orphus sistemi