BP-nin regional prezidenti: “Şahdəniz-2” üzrə işlər uğurla irəliləyir”

BP-nin regional prezidenti: “Şahdəniz-2” üzrə işlər uğurla irəliləyir” Bakı. 15 noyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz kondensat yatağının ikinci mərhələsinin işlənməsi üçün işlər 97% yekunlaşıb.
Energetika
15 Noyabr , 2017 15:13
BP-nin regional prezidenti: “Şahdəniz-2” üzrə işlər uğurla irəliləyir”
"BP-Azerbaijan" şirkətinin prezidenti Qari Cons / Report/ Firi Salim

Bakı. 15 noyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz kondensat yatağının ikinci mərhələsinin işlənməsi üçün işlər 97% yekunlaşıb.

"Report" xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns jurnalistlərə bildirib: “Layihə üzrə işlər uğurla irəliləyir. Artıq işlərimiz sona çatır. “Şahdəniz-2” layihəsi üzrə işlər 97% icra olunub. Gələn il layihə üzrə ilk qazın hasilatını qeyd etməyi planlaşdırırıq. Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə bu irəliləyişi müzakirə etmişik. Bundan əlavə, bu yaxınlarda TANAP-ın baş direktoru Saltuk Düzyolla görüşmüşəm. Görüşdə o bildirib ki, TANAP da vaxtında Cənubi Qafqaz Boru Kəmərinə qoşulmağa və ilk qazı qəbul etməyə hazır olacaq”.

BP-nin regional prezidenti bildirib ki, “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisi artıq sualtı quraşdırma işlərinə başlayıb: “Bu işlər mürəkkəb işlərdir. "Xankəndi" gəmisi bu müərəkkəb işlərin öhdəsindən gəlir. Əminik ki, sualtı quraşdırma işləri vaxtında hazır olacaq”.

Son xəbərlər

Orphus sistemi