BP-nin regional prezidenti: "Şadıq ki, biz Azərbaycanın bütün iri layihələrində iştirak etdik"

BP-nin regional prezidenti: "Şadıq ki, biz Azərbaycanın bütün iri layihələrində iştirak etdik" Bakı. 30 may. REPORT.AZ/ Ötən il BP Azərbaycanda fəaliyyətinin 25 illiyini qeyd edib. Şadıq ki, biz Azərbaycanın bütün iri layihələrində iştirak etdik.
Energetika
30 May , 2018 11:13
BP-nin regional prezidenti: Şadıq ki, biz Azərbaycanın bütün iri layihələrində iştirak etdik
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ "Ötən il BP Azərbaycanda fəaliyyətinin 25 illiyini qeyd edib. Şadıq ki, biz Azərbaycanın bütün iri layihələrində iştirak etdik".

"Report"un məlumatına görə, bunu 25-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.

"Dünən biz Cənub Qaz Dəhlizinin açılışını gördük. Bu, minlərlə insanın böyük zəhmətinin nəticəsidir. Layihədə iştirak edən bütün tərəfləri təbrik edirik", - o qeyd edib. 

BP rəsmisi həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə gələcək əməkdaşlıqdan danışıb və deyib ki, şirkət layihələrin effektiv və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün təcrübə və avadanlıqlarını bölüşməyə davam edəcək. 

Son xəbərlər

Orphus sistemi