BP-nin regional prezidenti ilə Gürcüstanın baş naziri “Şahdəniz-2” layihəsini müzakirə ediblər

BP-nin regional prezidenti ilə Gürcüstanın baş naziri “Şahdəniz-2” layihəsini müzakirə ediblər Bu layihənin Cənubi Qafqaz ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyi xüsusi qeyd olunub
Energetika
24 Oktyabr , 2016 17:47
BP-nin regional prezidenti ilə Gürcüstanın baş naziri “Şahdəniz-2” layihəsini müzakirə ediblər

Tbilisi. 24 oktyabr. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili oktyabrın 24-də BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell ilə görüşüb.

Baş nazirin dəftərxanasından “Report”un Gürcüstan bürosuna bildiriblər ki, görüşdə əsasən BP-nin regionda, xüsusən də Gürcüstanda reallaşdırdığı layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Cənub Qaz Dəhlizinin vacib komponentlərindən biri olan Cənubi Qafqaz Boru Kəməri layihəsinin genişləndirilməsi üzrə Gürcüstanda həyata keçirilən işləri müzakirə ediblər. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan bu layihənin Cənubi Qafqaz ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyi xüsusi qeyd olunub.

Bildirilib ki, qaz kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin maliyyələşdirilməsinə BP 2 mlrd. dollar sərmayə qoyacaq: “Bu kəmər Azərbaycandan gələn qazın həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”.

Son xəbərlər

Orphus sistemi