BP-nin mənfəəti neftin ucuzlaşması fonunda azalıb

BP-nin mənfəəti neftin ucuzlaşması fonunda azalıb BP-nin 2019-cu ilin üçüncü rübündəki baza mənfəəti 2,3 milyard dollar təşkil edib.
Energetika
29 Oktyabr , 2019 13:36
BP-nin mənfəəti neftin ucuzlaşması fonunda azalıb

BP-nin 2019-cu ilin üçüncü rübündəki baza mənfəəti 2,3 milyard dollar təşkil edib.

"Report" xəbər verir ki, bu barədə şirkətin bu ilin 9 ayı üzrə hesabatında məlumat verilib.

Bu, qiymətlərin azalması, xidmətlər və hava şəraiti nəticəsində hasilatdan əldə olunan gəlirlərinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirilir.

Qeyd edək ki, keçən ilin analoji dövründə şirkət 3,8 milyard dollar məbləğində mənfəət əldə etmişdi və 2.6 milyard dollar məbləğində vergi ödəməsindən sonra nağdsız, reallaşmamaış xərclərlə şirkət üçüncü rübdə 0,7 milyard dollar itki ilə üzləşib.

Meksika körfəzindəki neft sızmasına görə ödənişlər istisna olmaqla, əməliyyat pul vəsaitlərinin axını rüb ərzində 6,5 milyard dollar təşkil edib. Bu məbləğə 0,1 milyard dollarlıq dövriyyə kapitalı daxildir. Meksika körfəzindəki neft sazımasına görə ödənişlər isə vergilər ödənildikdən sonra 0,4 milyard dollar təşkil edib.

Rüb ərzində bir səhm üçün 10,25 sent məbləğində dividend ödənildiyi elan edilib.

Üçüncü rübdə neft və qaz hasilatı orta hesabla gündəlik 3,7 milyon barel olub. 

Son xəbərlər

Orphus sistemi