BP neftin qiyməti ilə bağlı 2 illik proqnozunu açıqlayıb

BP neftin qiyməti ilə bağlı 2 illik proqnozunu açıqlayıb Neftin qimətinin 55-60 dollar/barel diapazonunda olacağı gözlənilir
Energetika
17 Yanvar , 2017 16:48
BP neftin qiyməti ilə bağlı 2 illik proqnozunu açıqlayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ BP neft-qaz şirkətinin rəhbəri Robert Dadli (Robert Dudley) 2017-2018-ci illərdə dünya bazarında neft qiymətlərinin 55-60 dollar/barel diapazonunda olacağını proqnozlaşdırıb. 

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu R.Dadli İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu zamanı "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

Qeyd edək ki, BP şirkəti 1909-cu ildə yaradılıb və dünyanın ən böyük 6 neft-qaz şirkətlərindən biridir.

Son xəbərlər

Orphus sistemi