​BP Meksika Körfəzində baş verənlərə görə 5,1 mlrd. dollar təzminat ödəyib

​BP Meksika Körfəzində baş verənlərə görə 5,1 mlrd. dollar təzminat ödəyib Həmin ilin aprelində isə tənzimləyicilərdən biri bu rəqəmin 10,3 mlrd. dollardan çox olduğunu qeyd edib
Energetika
10 May , 2015 16:42
​BP Meksika Körfəzində baş verənlərə görə 5,1 mlrd. dollar təzminat ödəyib

Bakı. 10 may. REPORT.AZ/ ABŞ Federal Apelyasiya məhkəməsi BP-nin 2010-cu ildə Meksika Körfəzində baş verən neft dağılmasına görə insanlara və biznes qurumlarına dəymiş ziyanla bağlı verdiyi apelyasiya şikayətini təmin edib. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, 2012-ci ildə keçirilmiş ilkin məhkəmə prosesində BP-nin vurduğu ziyanın 7,8 mlrd. dollar olduğu açıqlanıb. Amma bir neçə ay sonra - həmin ilin aprelində isə tənzimləyicilərdən biri bu rəqəmin 10,3 mlrd. dollardan çox olduğunu qeyd edib.

İddiaçı tərəfin nümayəndəsi Patrik Yuneu (Patrick Juneau) deyib ki, BP artıq 63 597 iddiaçıya 5,13 mlrd. dollar təzminat ödəyib.

Son xəbərlər

Orphus sistemi