BP: "İlin sonunadək “Şahdəniz” yatağından hasilat ən yüksək səviyyəyə çatacaq"

BP: "İlin sonunadək “Şahdəniz” yatağından hasilat ən yüksək səviyyəyə çatacaq" “İlin sonunadək Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensant yatağında hasilat illik 26 milyard kubmetr təşkil edəcək. Bu ən yüksək səviyyə hələ bir neçə il saxlanılacaq”.
Energetika
18 İyul , 2022 13:27
BP: İlin sonunadək “Şahdəniz” yatağından hasilat ən yüksək səviyyəyə çatacaq

“İlin sonunadək Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensant yatağında hasilat illik 26 milyard kubmetr təşkil edəcək. Bu ən yüksək səviyyə hələ bir neçə il saxlanılacaq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B. Aslanbəyli bildirib ki, bu, “Şahdəniz” yatağında sualtı mərkəzlərdən hasilatın başlanması sayəsində mümkün olacaq. Onun sözlərinə görə, ilin sonunadək “Şahdəniz” yatağının dərin sularında sonuncu sualtı hasilat mərkəzi istismara veriləcək. 

“Ümumi hasilat “Alfa” platformasından illik 10 milyard kubmetr və “Şahdəniz Bravo” platformasının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilmiş və sahilə çatdırılan 16 milyard kubmetr qaz hesabına formalaşır”, - B.Aslanbəyli vurğulayıb. 

Onun sözlərinə görə, ən yüksək hasilat səviyyəsi bir neçə il ərzində saxlanılacaq: “Əlbəttə, dərin sularda istismara verilən yeni buruqlar hələ uzun müddət yüksək məhsuldarlığa malik olacaq. Azalma yalnız 2006-cı ilin sonlarında istismara verilmiş “Alfa" platformasında qeydə alına bilər”. 

Qeyd edək ki, 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).

Son xəbərlər

Orphus sistemi