BP: “Gələn il AÇG-də hasilat 2018-ci il səviyyəsində gözlənilir”

BP: “Gələn il AÇG-də hasilat 2018-ci il səviyyəsində gözlənilir” Bakı. 13 dekabr. REPORT.AZ/ 2019-cu ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilatın, təxminən, 2018-ci il səviyyəsində qalması nəzərdə tutulur.
Energetika
13 Dekabr , 2018 12:53
BP: “Gələn il AÇG-də hasilat 2018-ci il səviyyəsində gözlənilir”
"BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli / Report/ Firi Salim

Bakı. 13 dekabr. REPORT.AZ/ 2019-cu ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilatın, təxminən, 2018-ci il səviyyəsində qalması nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib.

“Gələn il “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasilat göstəricisinin, təxminən, 2018-ci il səviyyəsində olması nəzərdə tutulur. Çalışacağıq ki, blokda hasilat sabit saxlanılsın”.

B.Aslanbəyli AÇG-nin gələn il üzrə iş planına əsasən, “Mərkəzi Azəri” və “Qərbi Çıraq” platfomalarında profilaktik işlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu da qeyd edib.

“Plana əsasən, “Mərkəzi Azəri” platformasında gələn ilin II rübündə, “Qərbi Çıraq” platformasında isə oktyabr ayında profilaktik işlərin həyata keçirilməsi nəzərdə tutulub. Lakin, bu, plandır və işlərin gedişatından asılı olaraq plan dəyişə bilər”,- vitse-prezident əlavə edib.

Qeyd edək ki, AÇG-də 2018-ci il üzrə orta gündəlik hasilatın 581 min barel olacağı gözlənilir.

Bu ilin yanvar-sentyabr aylarında AÇG yataqlar blokundan gündə orta hesabla 588 min barel və ya ümumilikdə, təqribən, 161 mln. barel, yəni 22 mln. ton neft hasil olunub.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ilin sentyabrın 14-də blok üzrə 2050-ci ilə qədər işlənməni nəzərdə tutan yeni saziş imzalanıb.

Layihədə pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş "Statoil") - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Son xəbərlər

Orphus sistemi