Yuxarı
    Bağlamaq

    BP əməkdaşları uşaq bağçasının təmirində iştirak ediblər

    Bu təşəbbüsə BP-Azerbaijan şirkətinin vitse-prezidentləri də qatılıblar

    Bakı.28 noyabr. REPORT.AZ/ “BP-Azerbaijan” şirkətinin bir neçə əməkdaşı ötən həftənin sonunda Ucar rayonunun Qarabörk kəndindəki uşaq bağçasının təmirində iştirak edib.

    “Report” xəbər verir ki, bu təşəbbüsdə "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və şirkətin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova da iştirak ediblər.

    BP əməkdaşları uşaq bağçasının divarlarına müxtəlif rəsmlər çəkiblər.

    Bu, Şirkət əməkdaşlarının təmir prosesinə qatıldığı ikinci uşaq bağçasıdır. Bundan sonra isə şirkət əməkdaşları bir həftə sonu Yevlax rayonunun Aşağı Qarxun kəndindəki uşaq bağçasının təmirində iştirak edəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi