BP D230 blokunda məlumatların emalını III rübdə yekunlaşdıracaq

BP D230 blokunda məlumatların emalını III rübdə yekunlaşdıracaq İnterpretasiyanın nəticələri müsbət olarsa, ilk kəşfiyyat quyusunun planlaşdırılması başlanacaq.
Energetika
213
13 Avqust , 2020 14:05
BP D230 blokunda məlumatların emalını III rübdə yekunlaşdıracaq

Xəzərin Azərbaycan sektorunda yerləşən D230 blokunda əldə edilmiş məlumatların emalının ilk mərhələsi bu ilin iyun ayında başa çatıb.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında qeyd edilib.

Bildirilib ki, 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı mart ayının 14-də başa çatıb. Əldə edilmiş məlumatların emalının ilk mərhələsi bu ilin iyun ayında başa çatıb. Emal prosesinin tam başa çatması bu ilin üçüncü rübünə planlaşdırılır. Bunun ardınca məlumatların interpretasiyası aparılacaq. İnterpretasiyanın nəticələri müsbət olarsa, ilk kəşfiyyat quyusunun planlaşdırılması başlanacaq.

Qeyd edək ki, BP və SOCAR arasında Xəzərin Azərbaycan sektorunda yerləşən Şimali Abşeron hövzəsində D230 saylı blok daxilindəki potensial perspektivli strukturlarda birgə kəşfiyyat işlərinin aparılması üçün 2018-ci ilin aprel ayında Hasilatın Pay Bölgüsü Haqqında Saziş (HPBS) imzalanıb. Saziş 2018-ci ilin oktyabrında Azərbaycanın parlamenti tərəfindən ratifikasiya edilib.

25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.

D230 saylı blok Azərbaycanın sahil xəttindən, təxminən, 80 km məsafədə yerləşir və təxminən, 3,222 km² ərazini əhatə edir. Suyun dərinliyi 100 m və 800 m arasında dəyişir.

Orphus sistemi