Yuxarı
    Bağlamaq

    BP: Cənub Qaz Dəhlizinin Gürcüstan hissəsinə I rübdə 100 mln. dollar sərf olunub

    Artıq 2018-ci ilin ortalarına qədər Gürcüstanda aparılan işlər tam yekunlaşacaq

    Bakı. 1 may. REPORT.AZ/ Bu ilin I rübündə Cənub Qaz Dəhlizinin Gürcüstan hissəsində (Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi) əsaslı xərclərin həcmi 100 mln. ABŞ dolları təşkil edib.

    “Report” xəbər verir ki, bunu BP şirkətinin Gürcüstan üzrə meneceri Kris Şlüter “Reuters” agentliyinə bildirib.

    Onun sözlərinə görə, bu məbləğ ötən ilin analoji dövrü ilə müqayisədə cüzi az olub. BP şirkətinin rəsmisi 2016-ci ildə isə layihə üzrə əsaslı xərclərin 550 mln. dollar olduğunu bildirib: “Layihə üzrə böyük həcmdə xərclər ötən il sərf olunub. Bu il investisiyanın bir qədər azalması gözlənilir”.

    Onun sözlərinə görə, 2018-ci ilin ortalarına qədər Cənub Qaz Dəhlizi layihəsinin seqmentlərindən olan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə Gürcüstanda işlər yekunlaşacaq.

    K.Şlüter bildirib ki, kəmər xəttinin inşası üzrə tikinti işləri yekunlaşıb: “Gürcüstan ərazisindəki iki kompressor stansiyasından biri üzrə işlərin 95%-i, digəri üzrə isə 55%-i tamamlanıb. Nəzarət-ölçü stansiyasının tikintisi üzrə də işlər davam etdirilir. Bu ilin sonuna əməliyyalara hazırlıq üçün kəmərə qaz vurularaq yoxlama aparılacaq”.

    Qeyd edək ki, layihənin Gürcüstan hissəsinə 2 kompressor stansiyasının tikintisi, 65 km uzunluğunda boru kəmərinin çəkilişi və Türkiyə sərhədi yaxınlığında nəzarət-ölçü stansiyasının tikintisi daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi