BP bu il layihələrə 16-17 mlrd. dollar sərmayə qoymağı planlaşdırır

BP bu il layihələrə 16-17 mlrd. dollar sərmayə qoymağı planlaşdırır BP 2016-cı ildə 115 mln. dollar xalis mənfəət əldə edib
Energetika
7 Fevral , 2017 19:40
BP bu il layihələrə 16-17 mlrd. dollar sərmayə qoymağı planlaşdırır

Bakı. 7 fevral. REPORT.AZ/ BP şirkəti bu il layihələrinə 16-17 mlrd. dollar sərmayə qoymağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.

Bildirilib ki, ötən il şirkətin investisiya xərcləri 17 mlrd. dollar olub, 2015-ci ildə isə şirkətin investisiya xərcləri 19,5 mlrd. dollar təşkil edib.

BP 2015-ci ildəki 6,48 mlrd. dollarlıq zərərə qarşı 2016-cı ildə 115 mln. dollar xalis mənfəət əldə edib.

Ötən ilin IV rübündə isə şirkətin xalis gəliri 497 mln. dollar təşkil edib. Ötən il şirkətin gündəlik hasilatı isə 0,5% azalaraq 2,208 mln. barel neft ekvivalenti olub.

Son xəbərlər

Orphus sistemi