BP: “BTC-nin ötürücülük gücü sutkada 2,2 mln barelə qədər genişləndirilə bilər”

BP: “BTC-nin ötürücülük gücü sutkada 2,2 mln barelə qədər genişləndirilə bilər” “Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin ötürücülük gücü sutkada 1,6 milyon bareldən 2,2 milyon barelə qədər genişləndirilə bilər”.
Energetika
18 İyul , 2022 13:15
BP: “BTC-nin ötürücülük gücü sutkada 2,2 mln barelə qədər genişləndirilə bilər”

“Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin ötürücülük gücü sutkada 1,6 milyon bareldən 2,2 milyon barelə qədər genişləndirilə bilər”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəylinin sözlərinə görə, bu gün əsas ixrac neft kəməri sutkada 1,2 milyon barel neft nəql etmək gücündədir.

“Uzun müddət öncə bu neft kəmərinin ötürücülük gücünün artırılması imkanı öyrənilib. Belə qənaətə gəlinib ki, əlavə kompressorların köməyi ilə onun gücünü sutkada 1,6 milyon barrelə çatdırmaq olar. Daha da genişləndirmə üçün neft kəmərinin paralel hissələrinin tikintisi lazım gələcək. Amma indi texniki parametrlər və imkanlar dəyişib. Bundan əlavə, kommersiya komponenti, bu genişlənmənin məqsədi müəyyən edilməlidir. Ona görə də məsələnin yeni texniki və kommersiya araşdırmasına ehtiyac var”, - B.Aslanbəyli vurğulayıb.

O bildirib ki, hazırda AÇG-dən Bakı-Supsa erkən neft marşrutu üzrə neft tədarükünün bərpası nəzərdə tutulmur. Əvvəlki kimi, BP Qara dənizdə tankerlərin olmaması səbəbindən bu xətlə neft göndərə bilmir.

Əvvəllər Bakı-Supsadan keçən bütün neft BTC-yə göndərilir. Bu isə ayda təxminən 3 milyon barel neftdir.

Son xəbərlər

Orphus sistemi