BP Azərbaycandakı platformalar üçün Britaniya şirkəti ilə müqavilə imzalayıb

BP Azərbaycandakı platformalar üçün Britaniya şirkəti ilə müqavilə imzalayıb Bu müqavilə nəticəsində 200 yeni iş yerinin açılması planlaşdırılır
Energetika
28 Aprel , 2016 13:16
BP Azərbaycandakı platformalar üçün Britaniya şirkəti ilə müqavilə imzalayıb

Bakı. 28 aprel. REPORT.AZ/ Böyük Britaniyanın "Wood Group" şirkəti BP şirkəti ilə Azərbaycandakı layihələr üçün 500 mln. dollar məbləğində beş il müddətinə müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Müqaviləyə görə, şirkət BP-nin operatoru olduğu 8 platformada mühəndislik, təchizat və tikinti idarəçiliyi üzrə xidmətlər göstərəcək.

Qeyd olunub ki, bu müqavilə 200 yeni iş yerinin yaradılmasına imkan verəcək.

Son xəbərlər

Orphus sistemi