Yuxarı

BP Azərbaycanda YDM açmaq niyyətində deyil

BP rəsmisi həmçinin təmsil etiyi təşkilatn Türkiyə bazarından çıxmaq istəmədiyini deyib

Bakı. 30 avqust. REPORT.AZ/ BP yaxın perspektivdə Azərbaycan və Gürcüstanda yanacaqdoldurma məntəqəsi (YDM) açmaq fikrində deyil.

“Report” xəbər verir ki, bunu jurnalistlərə “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

BP rəsmisi bunu Azərbaycan bazarının kiçik olması ilə əlaqələndirib: “Bu, kommersiya məsələsidir. Yəni şirkət hansı bazarda perspektiv görürsə, ora sərmayə ayırır. Biz düşünürük ki, Azərbaycan bazarında hasilat sahəsində daha böyük təcrübəyə malikik. Ona görə də bu sahədə perspektivləri daha çox görürük. İndki qiymətlərin aşağı olduğu şəraitdə biz Azərbaycan bazarını daha rəqabətli və kiçik bazar kimi görürük”.

O, həmçinin təmsil etdiyi təşkilatn Türkiyə bazarından çıxmaq istəmədiyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi